Gürcüstana xüsusi rəsmi səfərlə Moldova Respublikasının baş naziri Pavel Filip gəlib.
Bugün saat 11:00-da Gürcüstanın iqtidar administrasiyasında Moldova Respublikasının baş nazirinin rəsmi qarşılanma mərasimi keçiriləcək.
11:15-də Kvirikaşvili və Pavel Filipin üz-bə-üz görüşü keçiriləcək. Görüşdən sonra isə, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq sənədi imzalanacaq.
12:30-da Moldova və Gürcüstanın baş nazirləri medyaya bəyanatlar verəcəklər.