Giorgi Kvirikaşvili Biznes-asosiasiyanın üzvlərinə müraciət etdi - Buraya danışmaqdan çox, sizi dinləməyə gəldim
“Bugün buraya özüm danışmaqdan çox sizi dinləməyə gəldim”, – Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili biznes-asosiasiya üzvlərinə belə müraciət etdi.
Giorgi Kvirikaşvili qeyd etdi ki, ümumilikdə, makroekonomik parametrlərlə 2017-ci il yaxşı başa çatdı, çünki parametrlər planlaşdırıldığından daha yüksək oldu.
“Bu il bisnes-asosiasiyanın nümayəndələri ilə ilk dəfə görüşürəm. 2018-ci ilin hər biriniz üçün müvəffəqiyyətli olmasını arzulayıram. Uzun söhbətdən baş qaçırdacam çünki buraya daha çox sizi dinləməyə gəldim. Sadəcə onu bildirmək istəyirəm ki, azad büdcə indeksi ilə Gürcüstan ilk beşliyə daxi oldu. Düşünürəm ki, bu hər birimiz üçün qeyd edilməsi gərəkən bir faktır. Bu Gürcüstan üçün tam bir yenilikdir. Məsələ ilə bağlı Maliyyə Naziri hazırda Amerikadadır” – dedi Giorgi Kvirikaşvili.