Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bugün biznes-asosiasiya üzvləri ilə görüşür.
Tədbirdə iqtisadiyyat dəstəsinin nazirləri ilə bərabər paytaxtın meri Kaxa Kaladze də iştirak edir.
Bugünki görüşdə biznes-asosiasiyanın nümayəndələri ölkə başçısını və nazirlər kabinetinin üzvlərini “Özəl sektor baxımından Gürcüstanın biznes mühiti” adlı tədqiqatın nəticələri ilə tanış edəcklər.
Biznes-asosiasiyann prezidenti Giorgi Çirakadzenin dəyərləndirməsinə görə, tədqiqatda 70 şirkət iştirak edirdi və onların məqsədi Gürcüstanda biznes mühitinin inkişafı üçün şərait yaratmaq və özəl sektorun ehtiyaclarını və problemlərini müəyyən etməkdir.
Görüş iştirakçılarına baş nazir nitqlə müraciət edəcək və ondan sonra görüş qapalı rejimdə davam edəcək.