Giorgi Kvirikaşvili - Bizim iqtidarımızın şəraitlərində kiminsə öz biznesini iqtidara qarşı şantaj silahı kimi istifadə etməsini istisna edirəm
Giorgi Kvirikaşvili - Bizim iqtidarımızın şəraitlərində kiminsə öz biznesini iqtidara qarşı şantaj silahı kimi istifadə etməsini istisna edirəm

“Bizim iqtidarımızın şəraitlərində istisna edirəm ki, kimsə öz biznesini iqtidara qarşı şantaj silahı kimi istifadə etsin” – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bugünki hökümət iclasında verdi.

Bugünki hökümət iclasında baş nazir həmçinin, medyaya təzyiq haqqında yayılan məlumatı yalanladı və bunu əsassız bir ajiotaj adlandırdı.

“Bugünlərdə medya vasitələrinə təzyiq haqqında yayılan əsassız ajiotaja səslənmək istəyirəm. Bizim iqtidarımızın şərtlərində belə suçlamalar absurddur.

Həmçinin, bizim iqtidarımızın şəraitində, öz biznesini kimsə, iqtidara qarşı şantaj silahı kimi istifadə edə bilməz. Belə suçlamaları qətiyyən qəbul etmirəm.

Bütün məsuliyyətlə bəyan edirəm ki, medya azadlığı və azad biznes adlandırdığımız nailiyyətlərimizə, bizim iqtidarımızda kimsə toxuna bilməz” – dedi baş nazir.