Giorgi Kvirikaşvili - Bizə 2008-ci ilin nəticələrini miras buraxan siyasi qüvvə ilə əməkdaşlıq istisna edilir
Giorgi Kvirikaşvili - Bizə 2008-ci ilin nəticələrini miras buraxan siyasi qüvvə ilə əməkdaşlıq istisna edilir

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, “2008-ci ilin provokasiyalarından baş qaçırda bilməyən siyasi qüvvə ilə” hərhansı növ əməkdaşlığı istisna edir.

Baş nazir bu bəyanatı Xonidə “Gürcü Arzusunun” majoritar deputatı Givi Çiçinadzeyi təqdim edərkən verdi.

“Kütləvi  medyada məlumat yayılır ki, güya biz “Milli Hərəkat” partiyasının üzvlərinə kartblanş veririk və sairə.

Buna cavab olaraq, demək istəyirəm ki, bizə 2008-ci ilin nəticələrini miras buraxan siyasi qüvvə ilə hərhansı əməkdaşlığı istisna edirik”- dedi Giorgi Kvirikaşvili.

Onun dediyinə görə, bugün “Gürcü Arzusu” Gürcüstanı müvəffəqiyyətə doğru aparan yeganə qüvvədir.

Giorgi Kvirikaşvilini bəyanatına görə, “Gürcü Arzusu” Gürcüstan əhalisinin firəvanlığı üçün inşaat və inkişaf prosesini davam etdirəcək.