Giorgi Kvirikaşvili - Biz islahatçılar arasında dünya lideri olan ölkələr siyahısında olduğumuz üçün fəxr edirik, ABŞ-da bizim müvəffəqiyyətimizə etdiyi qatqı ilə fəxr etsin
ABŞ-ın layiqli partnyoru və güclü müttəfiqi olmaq üçün biz böyük yolu keçdik, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ABŞ Dövlət Katibi Maik Pompeo ilə görüşdən sonra verdi.
Giorgi Kvirikaşvili Maik Pompeoya təşəkkür etdi və yeni vəzifəyə təyin edilməsi ilə təbrik etdi.
“Biz islahatçılar arasında dünya lideri olan ölkələr siyahısında olduğumuz üçün fəxr edirik, ABŞ-da bizim bu müvəffəqiyyətimizə etdiyi qatqı ilə fəxr etsin.
Gürcüstan ABŞ-ın ona verdiyi dəstəyə böyük dəyər verir. Bizim ölkələrimiz dünyada sülhün və sabitliyin tərəfdarıdır və birgə məqsədləri var. Biz birlikdə terorizmə qarşı mübarizəyə davam edirik.
Müdafiyə sahəsindəki ikitərəfli əməkdşlığımız isə, Gürcüstanın silahlı qüvvələrinin modernizasiyına böyük yardım edir” – dedi Giorgi Kvirikaşvili.