Giorgi Kvirikaşvili - Avroparlament deputatlarının tam əksəriyyətinin dəstəyi ilə "Şərq Partnyorluğu" haqqında hesabatın qəbul edilməsini salamlayıram"
“Avroparlament deputatlarının tam əksəriyyətinin dəstəyi ilə “Şərq Partnyorluğu” haqqında hesabatın qəbul edilməsini salamlayıram” – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili öz Facebook səhifəsindən yayır.
Baş nazirin bəyanatında qeyd olunur ki, “Şərq partnyorluğu” haqqında hesabatın qəbul edilməsi çox vacib bir qərardır və Gürcüstana və digər partnyor ölkələrə yenə bir dəstək mesajıdır.
“Avroparlamentarların rekomendasiyaları Gürcüstanın prioritetli məsələlərinə qarşı tam bir dəstəkdir. Çox vacibdir ki, Avroparlament tərəfindən diqqət Şərq Partnyorluğu ölkələrinin praktiki dəstəyinə yönəldilir, hansı ki, investisiya layihələrini və kiçik və orta istehsalçılarının fəaliyyətinə dəstək verməyi və infrastruktur layihələrinin həyata keçirilməsini nəzərdə tutur”, – deyilir baş nazirin bəyanatında.