Giorgi Kvirikaşvili - Avropa İttifaqına Gürcüstana verdiyi dəstək üçün təşəkkür etmək istəyirəm
Gürcüstanın baş naziir Giorgi Kvirikaşvili Avropa İttifaqına, Gürcüstana verdiyi dəstək üçün təşəkkür etdi.
Bu barədə bəyanatı Gürcüstanın baş naziri “Kənddə daha gözəl həyat üçün” adlı konfransda verdi.
Qeyd olunan konfransda Kəndlərin və Kənd təsərrüfatının inkişafının qonşuluq proqramının (ENPARD) birinci fazasının nəticələri yekunlaşdırılacaq və Avropa ittifaqı tərəfindən Kənd təsərrüfatı sahəsində növbəti maliyyələşdirilmə elan ediləcək.
Baş nazirin bəyanatına görə, Gürcüstan İqtidarı fəal şəkildə çalışır ki, Gürcüstan aqro-biznesin ixrac ölkəsi olsun.
“Gürcüstana verdiyi dəstək üçün Avropa İttifaqına təşəkkür etmək istəyirəm. ENPARD-ın hər üç fazasında nəzərdə tutulan 180 milyon avronun verilməsi bizim üçün çox əhəmiyyətlidir, çünki kənd təsərrufatının inkişafı, iqtidarımızın prioritetlərindəndir.
Asosiasiya razılaşmasının imzalanmasından sonra, Gürcüstan üzərinə bəzi öhdəlikləri götürdü və onları mərhələ şəklinə həyata keçirəcək. Bizə bu qədər böyük imkanlar yaratdığı üçün, Avropa İttifaqına təşəkkür edirəm” – dedi Giorgi Kvirikaşvili.