Giorgi Kvirikaşvili - Arçil Tatunaşvilinin hansı şərtlərdə öldüyü dərhal müəyyən edilməlidir ki, bütün suçlular cəzalandırılsınlar
“Məsələnin ağırlığını və əhəmiyyətini nəzərə alaraq, hesab edirik ki, beynəlxalq təşkilatların qoşulmasl vasitəsi ilə, baş verən hadisəyə gərəkən reaksiya verilsin ki, bütün suçlular cəzasını çəksinlər” – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Kviraşvili verdi.
Baş nazir Axalqoridə qeyri-qanuni şəkildə həbs edilən Levan Kutaşvilinin və İoseb Pavliaşvilinn dərhal azad edilməsini tələb edir.
“Baş verən hadisə ilə bağlı, ilk öncə Tatunaşvilinin ailəsinə baş sağlığı diləyirəm.
Dərhal insan hüquqlarının qorunması üçün beynəlxalq mexanizm yaradılmalıdır, hansı ki, insan hüquqlarının belə qəddar şəkildə pozulmasına gərəkən reaksiya verəcək.” – dedi Kvirikaşvili.
Baş verən faktla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi istintaq başlatdı.