Giorgi Kvirikaşvili - Arçil Tatunaşvili ilə bağlı baş verən hadisə, bir qətldir və onun konkret suçluları var
Giorgi Kvirikaşvili - Arçil Tatunaşvili ilə bağlı baş verən hadisə, bir qətldir və onun konkret suçluları var

“Rusiya Arçil Tatunaşvili ilə bağlı məsuliyyəti üzərinə götürməyəcək və bu məsuliyyət beynəlxalq rezolyusiyalarda qeyd olunacaq”, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bugünki hökümət iclasında verdi.

Baş nazirin qeyd etdiyinə görə, Rusiya işğal onumuş ərazilərdə insan hüquqlarının pozulması ilə bağlı məsuliyyət daşıyacaq.

“Əlbəttə ki, baş verənlər bir qətldir və böyük bir faciədir və onun konkret suçluları var” – dedi Giorgi Kvirikaşvili.

Onun dediyinə görə, indi Arçil Tatunaşvilinin ailəsinə diqqət yetirilməlidir və həmçinin, dövlət gürcü-osetin və gürcü-abxaz barış prosesinə davam etməlidir.

“Əziz dostlarım, belə bir faciyə bizi daha da gücləndirməlidir. Bizim dövlətimiz isə, addım-aadım gürcü-osetin və gürcü-abxaz barış siyasətinə və ölkəmizin birləşdirilməsi prosesinə davam etməlidir. Heç birimizin şübhəsi olmamalıdır ki, buna mütləq və gözlədiyimizdan daha qısa müddətdə nail olacağıq” – dedi Giorgi Kvirikaşvili.