Giorgi Kvirikaşvili - Ambisiyalı planlarımız var, 2030-cu ilin Qış Olimpiadası Gürcüstanda keçiriləcək
“2030-cu ilin Qış Olimpiadasının Gürcüstanda keçirilməsi ilə bağlı ambisiyalı planlarımız var – bu barədə istəyimizi artıq bildirdik” – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili “Gürcü Arzusu” partiyasının Axaltsixe rayon təşkilatının konfransında verdi.
Onun dediyinə görə, bu yaxınlarda, iqtidar Bakuriani-Mitarbi inşaatlarının baş planlarını yeniləşdirdi ki, bundan sonra, heç bir fəlakətə və qəzaya yol verilməsin.
Baş nazirin dediyinə görə, dağ kurortlarının inkişafı üçün 48 milyon lari hökümət büdcəsindən xərcləndi, 70 milyonu isə, investorlar qoyurlar.
“Bununla yanaşı, biz 2013-cü ilin Dünya Xizək və Snoubord Fristayl çempionatlarının Bakurianidə keçirilməsi üçün tələb göndərdik və ümid edirik ki, yaxın gələcəkdə müsbət cavab alacağıq” – dedi baş nazir.