Giorgi Kvirikaşvili aktyor Dima Caianinin ailəsinə baş sağlığı verdi
Giorgi Kvirikaşvili aktyor Dima Caianinin ailəsinə baş sağlığı verdi

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili aktyor Dima Caianinin vəfat etməsi ilə bağlı üzüntüsünü bildirdi və onun ailə üzvlərinə və sevənlərinə baş sağlığı verdi.

“Dima Caianinin həyatı iki ən vacib şeyə – Abxaziya və teatra bağlı idi və o həyatının sonuna qədər onlara sadiq qaldı. Adı Abxaziya olan ürək ağrısını o özü ilə apardı” – yazır Giorgi Kvirikaşvili öz facebook səhifəsində.

Suxumi Dram Teatrının aktyoru və bir zamanlar bədii rəhbəri olan Dima Caiani 67 yaşında vəfat etdi.