Giorgi Kvirikaşvili - ABŞ və Gürcüstan arasındaki münasibətlər çox yüksək nöqtəyə çıxdı
Giorgi Kvirikaşvili - ABŞ və Gürcüstan arasındaki münasibətlər çox yüksək nöqtəyə çıxdı

Amerika və Gürcüstan arasındaki münasibətlər çox yüksək nöqtədədir və bu bir tapşırıq kimidir, ki biz bu istiqamətdə daha da irəli gedək – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Münxendə, 54-cü Təhlükəsizlik konfransında verdi.

Baş nazirin dediyinə görə, konfrans çərçivəsində gürcü nümayəndə heyyətinin, avrokomisar və biznes nümayəndələri ilə çox maraqlı görüşləri keçirildi.

Giorgi Kvirikaşvili əmindir ki, onun görüşdüyü biznesmenlərin əksəriyyəti yaxında Gürcüstana qonaq olacaqlar.

“Gürcüstanın bugün aldığı dəstək belə görüşlərin və söhbətlərin nəticəsidir. Düşünürəm ki, çox önəmli  Münxen konfransı var və bu konfransın Gürcüstan üçün gözəl nəticələri olacaq” – dedi Giorgi Kvirikaşvili.