Giorgi Kvirikaşvili ABŞ-ın Müdafiyə Katibi Ceims Matis və Avrokomissar İohannes Han ilə görüşəcək
Giorgi Kvirikaşvili ABŞ-ın Müdafiyə Katibi Ceims Matis və Avrokomissar İohannes Han ilə görüşəcək

Münxenə rəsmi səfər çərçivəsində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Amerika Birləşmiş Ştatlarının Müdafiyə katibi Ceism Matis və Avropa qonşuluq siyasətinin və genişləndirilməsi haqqında danışıqlar üzrə avrokomissar İohannes Han ilə görüşəcək.

Bu barədə məlumatı Gürcüstanın iqtidar administrasiyası yayır.

Administrasiyanın məlumatına görə, fevralın 16-18-də keçiriləcək olan, Münxenin 54-cü Təhlükəsizlik Konfransında iştirak edən Gürcüstanın nümayəndə heyyətinə baş nazri Giorgi Kvirikaşvili rəhbərlik edəcək.

Baş nazir xüsusi olaraq, Gürcüstana həsr olunan “Gürcü siyasəti və ədəbiyyatı” adlı tədbirdə iştirak edəcək.

Konfrans çərçivəsində Giorgi Kvirikaşvili həmçinin, biznes nümayəndələri ilə də görüşlər keçirəcək.