Giorgi Kvirikaşvili - 2017-ci ildə Gürcüstan bir çox çağırışla ləyaqətli şəkildə üzləşdi
Giorgi Kvirikaşvili - 2017-ci ildə Gürcüstan bir çox çağırışla ləyaqətli şəkildə üzləşdi

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş-nazir Giorgi Kvirikaşvili, Gürcüstanda akkreditasiya olunan diplomatiya korpusunun və beynəlxalq təşkilatların nümayəndələrinə birgə təşkil etdikləri yeni il öncəsi qəbulda qonaqlıq etdilər.

Ölkə başçısı hərkəsi qarşıdan gələn yeni il münasibəti ilə təbrik etdi və dost ölkələrin nümayəndələrinə səmərəli əməkdaşlıq üçün təşəkkür etdi.

Ölkə başçısının dəyərləndirməsinə görə, 2018-ci ildə Gürcüstan çox vacib bir tarixi qeyd edir – ilk Gürcüstan Respublikasının yaradılmasından 100-cü il dönümünü.

Giorgi Kvirikaşvili Gürcüstanın dost ölkələrinə, diplomatlara və onların ailələrinə sülh və müvəffəqiyyətlər arzuladı.

Gürcüstanın baş naziri, prezidentlə bərabər həmçinin prezident administrasiyasında təşkil edilən “Müstəqillikdən azadlığa doğru” adlı sərgiyi gözdən keçirdi.

Yeni il qabağı keçirilən qəbulda Gürcüstan iqtidarının nümayəndələri və diplomatik korpus iştirak edirdilər.