Giorgi Kobuliya - əgər kimsə istəyirsə göstərsin ki, "Milli Hərəkat" dövrü xalq bundaz az çətinlikdə idi, bu yalandır
Mən deməmişəm ki, millət çətinlik çəkmir, dedim ki, çox çətinlik çəkir, lakin “Milli Hərəkat” dövrü olduğundan daha artıq yox, – bu barədə iqtisadiyyat və Davamlı İnkişaf naziri, Giorgi Kobulia Parlamentin komitə iclasında bəyan etdi. Deputatlar qeyd olunan məsələ barəsində, onun tərəfindən bir neçə gün bundan əvvəl etdiyi bəyanat barəsində sual verdilər.
Kobuliyanın dediyinə görə, təəssüfləndiricidir ki, onun dediyini bir çox insan düzgün başa düşmədi, lakin lent yazısı var ki, onu da hamı dinləyə bilər.
“İnsanlar “Milli Hərəkat” zamanı daha artıq çətinlikdə idilər, nəinki bu gün. Əminəm ki, bunu hər biriniz yaxşı bilirsiniz”, – nazir əlavə etdi.