Türkiyədə səfərdə olan İqtisadiyyat Naziri Giorgi Kobulia Türkiyənin Kənd Təsərrüfatı Naziri Bekir Pakdemirli ilə görüşdü.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, söhbət Gürcüstan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsinə və xüsusi ilə də Gürcüstandan Türkiyəyə ət ixracı məsələsinə toxundu.
Giorgi Kobulianın bəyanatına görə, Türkiyənin Kənd Təsərrüfatı Naziri xüsusi xidmətə tapşırdı ki, Gürcüstana müvafiq komisiya göndərilsin, hansı ki, buradaki ət kombinatların fito-sanitar normalarını öyrənəcək.
Gürcüstanın İqtisadiyyat və Stabil İnkişaf Naziri Giorgi Kobulia İstanbulda yeni beynəlxalq hava limanının açılış mərasimində iştirak etdi.
Mərasimdə dünyanın müxtəlif ölkələrinin liderləri də iştirak edirdilər.
Tədbir iştirakçılarına Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğan nitqlə müraciət etdi.