Giorgi Kebuliya -Koreya ilə əməkdaşlıq razılaşmasının imzalanması ilə, biznesə yeni ikmanlar yaradacağıq
Giorgi Kebuliya -Koreya ilə əməkdaşlıq razılaşmasının imzalanması ilə, biznesə yeni ikmanlar yaradacağıq

Koreya ilə iqtisadi əməkdaşlıq razılaşmasının imzalanması ilə, biznesə yeni ikmanlar yaradacağıq, – bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri, Giorgi Kebuliya Gürcüstan və Koreya Respublikası arasında iqtisadi əməkdaşlıq barəsində hökumətlərarası razılaşmanın imzalanması ilə əlaqədar bəyan etdi.

Onun dediyinə görə, razılaşma xarici ticarət dövriyyəsinin artması və ticari-iqtisadi əməkdaşlığın inkişafı baxımından imkanlar yaradan olacaq.

Giorgi Kebuliyanın Seula səfəri çərçivəsində, Gürcüstan və Koreya Respublikası arasında iqtisadi əməkdaşlıq barəsində hökumətlərarası razılaşma imzalandı. Sənədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini, Qenadi Arveladze və Cəbuni Koreya Xarici İşlər nazirinin müavini Li Tae-ho imza atdılar.

İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, sənəd həmçinin, birgə komitənin yaradılmasını nəzərdə tutur.

Giorgi Kebuliyanın qeyd etdiyinə görə, iki ölkə qərar verdi ki, sərmayə raşılaşmasının imzalanması üçün danışıqlara başılasın.

İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, 2007-2017-ci illərdə Gürcüstana təxminən 97 milyon ABŞ dolları həcmində Koreya sərmayəsi yatırıldı. 2018-ci ilin üç kvartalında qeyd olunan göstərici təxminən 39 milyon ABŞ dollarını təşkil etdi.