Qiorqi Kalandarişvili - Mən çox geniş miqyaslı məlumat kampaniyaları elan etmək istəyirəm, biz bütün imkanlardan istifadə edəcəyik ki, məlumatı bütün seçicilərə çatdıraq
Qiorqi Kalandarişvili - Mən çox geniş miqyaslı məlumat kampaniyaları elan etmək istəyirəm, biz bütün imkanlardan istifadə edəcəyik ki, məlumatı bütün seçicilərə çatdıraq

Mən çox geniş miqyaslı məlumat kampaniyaları elan etmək istəyirəm – MSK sədri Qiorqi Kalandarişvili Gürcüstanın Birinci Kanalının “Aktual şənbə – Maka Tsintsadze ilə” proqramında bildirib.

“Bu genişmiqyaslı məlumat kampaniyaları çərçivəsində biz qalan bir il yarıma yaxın müddətdə bütün seçicilərə xəbərlər, onların hüquqları və prosedurlar haqqında məlumatların çatdırılması üçün bütün imkanlardan istifadə edəcəyik. İştirak edən tərəflər arasında mümkün qədər məlumatlılığı artırmaq üçün hər fürsətdən istifadə edəcəyik ki, onlar öz müşahidələrində və müxtəlif missiyalarında faydalı olacaq bütün lazımi biliklərlə təchiz olunsunlar.

Bundan əlavə, bizim məqsədimiz səsvermə günü həm seçki gününün idarə olunmasında, həm də seçkiqabağı dövrdə bütün proseslərin hərtərəfli həyata keçirilməsində xidmət edəcək insanların potensial resurslarını artırmaqdır”- Kalandarişvili bildirib. 

Onun sözlərinə əsasən, bu məqsədlə seçki administrasiyası ictimaiyyətlə görüşlər keçirəcək, texnologiyaların ictimai nümayişini, ictimai sınaqdan keçirəcək və MSK mümkün qədər məlumatın yayılması üçün bütün imkanlardan istifadə edəcək.