Giorgi Kaxiani - həftənin sonuna kimi yeni hökumətimiz olacaq
Giorgi Kaxiani - həftənin sonuna kimi yeni hökumətimiz olacaq

Bu həftə prosses başa çatacaq və həftənin sonuna kimi yeni hökumətimiz olacaq, – bu barədə Gürcüstan Parlamentinin Prossedur məsələləri üzrə Komitənin sədri, Giorgi Kaxiani bəyan etdi.

Giorgi Kaxianinin qeyd etdiyinə görə, komitə müzakirələrinə bir gün ayrılacaq və nazirliyə namizədlərlə görüşlər keçiriləcək.

“Bir gün ərzində Parlament çoxluğu, azlığı və fraksiyalar formatında nazirliyə namizədləri dinləyəcəyik, bundan sonra isə, plenar iclasda hökumətə etimadın bəyan edilməsi baş verəcək. Deyə bilərəm ki, bu həftə prosses başa çatacaq və həftənin sonuna kimi yeni hökumətimiz olacaq”, – Giorgi Kaxiani bəyan etdi.