Qiorqi Kakauridze - müvafiq turizm bazarlarında düzgün kampaniya aparmaq məqsədi ilə Turizm Agentliyinə 10 milyon lari ayrılacaq
Qiorqi Kakauridze - müvafiq turizm bazarlarında düzgün kampaniya aparmaq məqsədi ilə Turizm Agentliyinə 10 milyon lari ayrılacaq

 
 
Pandemiya səbəbindən turizm olduqca ziyan görmüş sahədir. Turizmin göstəricisini tədricən artırmaq üçün fürsət görürük, amma bu il hədəf bazarlarda kampaniya başlatmasaq, gələn ilin ilk yarısında ölkəmizə turist cəlb etmək çox çətin olacaq-deyə maliyyə nazirinin birinci müavini Qiorqi Kakauridze bildirib.

Onun sözlərinə görə, müvafiq bazarlarda doğru kampaniyanın aparılması üçün Turizm Agentliyinə 10 milyon lari ayrılacaq ki, bu da müvafiq bazarlarda turizm kampaniyasının başladılmasını mümkün edəcək.

“Gürcüstanda İstehsal Et “proqramı çərçivəsində 55 milyon lari əlavə edilir. Bu kredit faizinin subsidiya hissəsini və həmçinin kredit zəmanəti sxeminin işləməsini nəzərdə tutur. Bundan əlavə, kiçik qrantlar ixrac potensialı olan sektorlarda həyata keçirilə bilər. Aqroturizm sahəsində də qrantların həyata keçirilməsi planlaşdırılır. Bundan əlavə, turizm pandemiya səbəbindən çox ziyan görmüş sahədir. Turizmin göstəricisini tədricən artırmaq üçün fürsət görürük, amma bu il hədəf bazarlarda kampaniya başlatmasaq, gələn ilin ilk yarısında ölkəmizə turist cəlb etmək çox çətin olacaq . Müvafiq bazarlarda doğru kampaniyanın aparılması üçün Turizm Agentliyinə 10 milyon lari ayrılacaq və artıq bu ildən müvafiq bazarlarda turizm kampaniyasına başlamaq mümkün olacaq “-deyə Qiorqi Kakauridze bildirib.