Giorgi Çoqovadze - 2018-ci ildə Gürcüstana 8 milyondan artıq beynəlxalq vizitor gələcək
2018-ci ildə Gürcüstana 8 milyondan artıq beynəlxalq vizitor gələcək, – bu barədə Milli Turizm Agentliyinin administrasiyası rəhbəri, Giorgi Çoqovadze fevral ayında beynəlxalq vizitorların statistikasını təqdim edərkən bəyan etdi.
“Biz sevinirik ki, gürcüstanda turizmin dinamik artımı davam edir. Bu onun nəticəsidir ki, üç il ərzində hökumətimiz turuzmin inkişafının yeni strategiyasını qəbul etdi.
2018-ci il yeni rekord ili olacaq, Gürcüstana 8 milyondan artıq beynəlxalq vizitor gələcək, turizmdən əldə olunan gəlir isə 3 milyard Amerika dolarını keçəcək”, -Çoqovadze bəyan etdi.
Elə onun bəyanatına görə, Milli Turizm Agentliyi addım-addım yeni bazarları inkişaf etdirir.