Qiorqi Çaladze bildirir ki, Mixeil Saakaşvili reanimasiyaya köçürülür
Bu dəqiqələrdə Prezident Saakaşvili reanimasiyaya köçürülür. Şəxsi həkimlə danışandan sonra bu dəqiqə aşağı düşmüşəm, cənab Zurab da məsələnin içindədir. Prezidentin sağlamlıq vəziyyəti həyəcanverici kritik səviyyədədir, həyatının qorunması üçün tədbirlərin görülməsi məqsədilə Prezident Saakaşvilinin reanimasiya şöbəsində olması zəruridir – bu barədə Q.Çaladze açıqlayıb.
Çaladze bildirib ki, “Prezident Saakaşvilinin sağ qalması üçün tədbirlər görülür, reanimasiya palatası hazırlanır”.
“Təfərrüatlar barədə sizə cavab verə bilmərəm. Bütün bunlar haqqında danışmaq, başa düşmək, dərk etmək mənim üçün olduqca çətindir. Bu dəqiqələrdə Prezident Saakaşvilinin vəziyyəti reanimasiya tələb edir. Onu klinikadan çıxarmırlar. Cənab Zurab Çxaidze bir neçə gün əvvəl təcili bəyanatla çıxış etdi. Hər şeyə hazır olduqlarını bildirdilər. Fakt budur ki, bu hazırlıqlara ehtiyac yaranıb. Mənim bəyanatım heç kimə qarşı deyil, ittiham demək deyil, ağır faktdır, Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili bu dəqiqələrdə reanimasiyaya aparılır. Bunun rəsmi status olduğunu demək üçün bayıra çıxmışam, əgər şou təşkil olunmursa və hər şey gözboyayıcı deyilsə, Prezident Saakaşvili köçməyə hazırlaşır, onun sağ qalması üçün intensiv reanimasiya tədbirlərinə ehtiyacı var. Onun süni tənəffüs aparatına ehtiyacı olduğu ilə bağlı məndən hər hansı bir açıqlama spekulyasiya olardı, mən bunu deyə bilmərəm, çünki məlumatım yoxdur, ancaq onun hazırda köçürüldüyünü dəqiq təsdiq edə bilərəm. Bu faktdır, tibbi faktdan danışırıq. Adlar və soyadlar önəmli deyil. Söhbət indi Prezident Saakaşvilidən gedir, həkimin soyadının heç bir əhəmiyyəti yoxdur. Kliniki direktorun bəyanatından vaxt keçdi və bu dəqiqələrdə Prezident Saakaşvili reanimasiya şöbəsinə keçir” -deyə Çaladze açıqlayıb.