Qiorqi Qvimradze Avropa Yayım Birliyinin Yeni Xəbərlər Komitəsinin üzvü seçilib
Gürcüstanın Birinci Kanalının yeni və cari xəbərlər blokunun direktoru Qiorqi Qvimradze Avropa Yayım Birliyinin Yeni Xəbərlər Komitəsinin üzvü seçilib.
Bu barədə qərar Avropa Yayım Birliyinin noyabrın 22-23-də Tbilisidə keçirilən Yeni Xəbərlər Assambleyasında qəbul edilib.
Yeni Xəbərlər Assambleyası miqyasına və əhəmiyyətinə görə Avropa Yayım Birliyinin hər il keçirilən xüsusi tədbiridir.
2023-cü ilin Avropa Yayım Birliyinin Yeni Xəbərlər Assambleyası Tbilisidə keçirilir və tədbirə Gürcüstanın İctimai Yayımçısı ev sahibliyi edir. Dünən “Radisson Blu Iveria”nın konfrans salonunda ardıcıl 18-ci assambleyanın açılışı olub və tədbirdə 47 EBU üzvündən 100-dən çox nümayəndə iştirak edir.