Giorgi Gvarakidze ABŞ səfirinin müavininin vəzifəsini icra edən Mark Nordberg ilə görüşüb
Giorgi Gvarakidze Mark Nordberg ilə görüşüb.
Prokurorluğun məlumatına görə, ABŞ səfirinin müavininin vəzifəsini icra edən şəxs Baş Prokurora sıx əməkdaşlığa görə təşəkkür edib. Bu əməkdaşlıq nəticəsində Gürcüstan və ABŞ tərəflərinin birgə keçirdiyi tədbirlər zamanı Gürcüstan vətəndaşlarının ABŞ-a qanunsuz göndərilməsi və sənədlərin saxtalaşdırılması faktları ilə bağlı təşkilatlanmış cinayət qrupları ifşa olunub və bir neçə şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Tərəflər həmçinin müxtəlif cinayətlərə qarşı birgə tədbirlər və əməkdaşlığın əsas istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdə Amiran Guluashvili, Giorgi Mikava, ABŞ səfirliyinin hüquq-mühafizə əlaqələri üzrə attaşesi Alex Teague, Beynəlxalq Narkotiklə Mübarizə və Hüquq-Mühafizə Əlaqələri Bürosunun rəhbəri Jamie Schaffenberg və ədliyyə proqramı koordinatoru Ekaterine Pophkhadze də iştirak ediblər.
Sonda tərəflər əməkdaşlığın vacibliyini vurğulayıb və onun gələcəkdə daha da dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər.