Giorgi Qaxaria Zurab Pololikaşviliyi Dünya Turizm Təşkilatının rəhbəri vəzifəsinə ikinci dəfə seçilməsi münasibəti ilə təbrik etdi
Giorgi Qaxaria Zurab Pololikaşviliyi Dünya Turizm Təşkilatının rəhbəri vəzifəsinə ikinci dəfə seçilməsi münasibəti ilə təbrik etdi

Gürcüstanın baş naziri Giorgi Qaxaria Zurab Pololikaşviliyi Dünya Turizm Təşkilatının (UNWTO) baş katibi vəzifəsinə ikinci dəfə seçilməsi münasibəti ilə təbrik etdi.

Öz təbrikini dövlət başçısı sosiyal şəbəkə “Tvitterdən” yayır.

Baş nazirin dəyərləndirməsinə görə, bu Gürcüstanın çox önəmli müvəffəqiyyətidir.

“Beynəlxalq təşkilatlarda gürcülərin yüksək nümayəndəliyi Gürcüstanın qlobal məsələlərdə fəal iştirakını təsdiqləyir” – dedi Giorgi Qaxaria.

Zurab Pololikaşvili Dünya Turizm Təşkilatının rəhbəri vəzifəsinə ikinci dəfə seçildi.

Bu qərar Madriddə, təşkilatın icraçı şurasının 113-cü sessiyasında verildi.

Zurab Pololikaşvili Dünya Turizm Təşkilatının rəhbəri vəzifəsinə ilk dəfə 2017-ci ildə seçilmişdi.