Giorgi Qaxaria - Vətəndaşlarımızla bərabər virusu effektiv şəkidə idarə etməyi bacardıq
Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasına iqtisadi məsələlər haqqında söhbət ilə başladı.
Qaxarianın dediyinə görə, virusun yayılması risklərinin effektiv idarəsi iqtisadiyyatın stabilizasiyası üçün yeganə imkandır.
“Turizm tərəfindən fəallıqlar artıb, iqtisadiyyatımız bərpa olunur və bunlar onun nəticəsidir ki, biz vətəndaşlarımızla bərabər virusu effektiv şəkidə idarə etməyi bacardıq” – dedi Giorgi Qaxaria.
Baş nazir qeyd etdi ki, iqtidar iki frontda işləyir – vətəndaşların sağlamlığı və iqtisadiyyatın tez zamanda dirçəlişi.