Giorgi Qaxaria vətəndaşlara müraciət etdi ki, gürcü məhsullarını alsınlar
Vətəndaşlarımıza müraciət edirəm, gürcü məhsulunu alaq, hansı ki, gündən günə daha keyfiyyətli olur, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.
“Fermerlər kəndlərdə işləməyə davam etməlidirlər ki, işlədilməmiş torpaq sahələri qalmasın. Bu sahənin industrializasiyası isə, əsas məqsədimizdir.
İndiyə qədər aqro-məhsul defisiti ölkədə 900 milyon dollar idi və bugün 300-350 milyona endirilib. Biz bu çağırışa cavab verməliyik.
Vətəndaşlarımıza müraciət etməliyəm ki, gürcü məhsullarını alsınlar, çünki onlar gündən günə daha keyfiyyətli olurlar.
Öz aqro-məhsul təhlükəsizliyimizi təmin etdikdən sonra, əlimizdən gələni edəcəyik ki, kənd-təsərrüfatı məhsullarımızı beynəlxalq bazarlarda rəqabət-qabiliyyətli edək” – dedi Giorgi Qaxaria.
Qeyd olunan bəyanatları baş nazir Kənd Təsərrüfatı Nazirliyinin anti-krizis planının təqdimatında verdi.