Giorgi Qaxaria - Vətəndaşlar arasında din məsələsi ilə bağlı münaqişələr yaratmaq məqsədi ilə provokasiyalar etməyə kimsəyə imkan verməyəcəyik
Giorgi Qaxaria - Vətəndaşlar arasında din məsələsi ilə bağlı münaqişələr yaratmaq məqsədi ilə provokasiyalar etməyə kimsəyə imkan verməyəcəyik

Vətəndaşlar arasında din məsələsi ilə bağlı münaqişələr yaratmaq üçün provokasiyalar etməyə kimsəyə imkan verməyəcəyik, – bu barədə bəyanatı baş-nazir Giorgi Qaxaria hökümət iclasında verdi, Buknari kəndindəki hadisələri şərhləndirərkən verdi.

Onun dediyinə görə, Gürcüstan iqtidarı hər zaman hər bir vətəndaşın konstitusiya ilə təmin edilmiş hüquqlarının qorunmasının qarantı olacaq.

“Dini müxtəliflik bizim tarixi faktımız və zənginliyimizdir. Biz əsrlər boyu dövlətimizi müxtəlifliklə birlkdə qururduq. Hərkəs yaxşı başa düşməlidir ki, Gürcüstan iqtidarı hər zaman hər bir vətəndaşın konstitusiya ilə təmin edilmiş hüquqlarının qorunmasının zəmanəti olacaq. Kimsəyə izin vermərik ki, qeyri-qanuni hərəkətlərlə provokasiya yaradıb, fərqli dinə görə, vətəndaşlarımız arasında qarşıdurmaya yol açsın.

Dini məsələlərlə bağlı, vətəndaşlar arasında münaqişə yaratmağın elementar, kiçik cəhdlərinə belə, dövlət tərəfindən çox sərt reaksiya veriləcək” – dedi Giorgi Qaxaria.