Giorgi Qaxaria və Yaponiya səfiri Yaponiyadan birbaşa investisiyalar və turizm baxımından mövcud olan dinamika haqqında söhbət etdilər
Giorgi Qaxaria və Yaponiya səfiri Yaponiyadan birbaşa investisiyalar və turizm baxımından mövcud olan dinamika haqqında söhbət etdilər

Gürcüstan-Yaponiya arasında iki tərəfli münasibətlərin inkişafı demokratiya, azadlıq, insan hüquqları və qanunun aliliyi kimi ümumi fundamental dəyərlərə əsaslanır, – bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria və Yaponiya səfiri Tadaharu Uehara arasındaki görüş zamanı qeyd olundu.

Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, söhbət iki ölkə arasındaki əməkdaşlığın fəallaşmasına toxundu.

Baş nazir və səfir Yaponiyadan Gürcüstana birbaşa investisiyaların həyata keçirilməsi və turizm baxımından ölkədə mövcud olan vəziyyət haqqında danşdılar.

Baş naziri, Gürcüstanın inkişafı üçün istiqamətləndirilən layihələrin dəstəyi üçün Yaponiyaya təşəkkür etdi.