Giorgi Qaxaria - Vaksina olacaq, ancaq qlobal pandemiyanın iki ayda yox olacağı ilə bağlı çox böyük gözləntilərimiz olmamalıdır
Giorgi Qaxaria - Vaksina olacaq, ancaq qlobal pandemiyanın iki ayda yox olacağı ilə bağlı çox böyük gözləntilərimiz olmamalıdır

Vaksina olacaq, ancaq qlobal pandemiyanın iki ayda yox olacağı ilə bağlı çox böyük gözləntilərimiz olmamalıdır, – bu bəyanatı Gürcüstanın baş naziir Giorgi Qaxaria parlamentdə “Gürcü Arzusu” fraksiyasının üzvləri ilə görüş zamanı verdi.

Baş nazir qeyd etdi ki, Gürcüstan COVAX platformunun üzvüdür, hansı ki, Avropaya verilən vaksinanın Gürcüstana gətirilməsi imkanını təmin edəcək.

„Biz bunun üçün maddi resurslarıı əvvəlcədən ödəmişik. Vaksinanın nə zaman, hansı miqdarda daxil olacağını hələ dəqiq kimsə bilmir. Ancaq, bunu bilməliyik ki, Gürcüstan regionda ilk vaksina alan ölkə olacaq.

Bir şeyi nəzərə almalıyıq ki, vaksinanın gətirilməsi demək deyil ki, pandemiya bir və ya iki ayda başa çatacaq. Biz ilk növbədə ölüm saylarını və ölüm risklərini azaltmalıyıq. Vaksina olacaq, ancaq qlobal pandemiyanın iki ayda yox olacağı ilə bağlı çox böyük gözləntilərimiz olmamalıdır. Əhalinin doğru gözləntiləri olmalıdır və bu çox önəmlidir” – dedi Giorgi Qaxaria.