Giorgi Qaxaria - Vaksina ilə bağlı bir çox absurd şaiələr yayılır, ancaq Gürcüstan vətəndaşlarının keyfiyyətli və beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş, avtorizasiyalı vaksinası olacaq
Giorgi Qaxaria - Vaksina ilə bağlı bir çox absurd şaiələr yayılır, ancaq Gürcüstan vətəndaşlarının keyfiyyətli və beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş, avtorizasiyalı vaksinası olacaq

Vaksina ilə bağlı bir çox absurd şaiələr yayılır, ancaq Gürcüstan vətəndaşlarının keyfiyyətli və beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş, avtorizasiyalı vaksinası olacaq, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasında verdi.

“Belə şaiələrin hardan gəldiyini anlaya bilmirəm.  Vaksinasiya ilə bağlı xüsusi komisiya yaradılıb, hansına Səhiyyə Nazirliyi rəhbərlik edir. Bu komisiya ilk öncə logistika ilə bağlı məsələləri həll edir. Sonra isə, vaksinasiyanın gərəkdiyi məqsəd qrupunu müəyyən edəcək. Üçüncü önəmli məsələ isə, ölkəyə mümkün qədər tez zamanda, keyfiyyətli və avtorizasiyalı vaksinanın gətirilməsi olacaq.

Bazar ertəsi iclasda iqtidar tərəfindən hazırlanan hərəkət planı təqdim ediləcək. Belə ki, cavablandırılmamış suallar qalmayacaq. Yenə bir daha, xüsusi ilə vurğulayaraq deyirəm, Gürcüstan vətəndaşlarının keyfiyyətli, avtorizasiyalı, beynəlxalq səhiyyə təşkilatları tərəfindən qəbul edilmiş vaksinası olacaq”, – dedi Giorgi Qaxaria.