Giorgi Qaxaria Telavidə dövlət maliyyələşdirilməsi ilə tikilən "Kvevrebi" mehmanxanasının inşaatını gözdən keçirdi
Giorgi Qaxaria Telavidə dövlət maliyyələşdirilməsi ilə tikilən "Kvevrebi" mehmanxanasının inşaatını gözdən keçirdi

Gürcüstanın baş naziri Giorgi Qaxaria Telavidə, “Gürcüstanda qonaq et” adlı dövlət proqramının maliyyələşdirilməsi ilə tikilən yeni turist obyekti “Kvevrebi” mehmanxanasının inşaatını gözdən keçirdi.

Mehmanxana turistlərin qəbulu üçün gələn il hazır olacaq.

“Kvevrebi” mehmanxanasında ilk mərhələdə 29 nömrə olacaq və onlardan 20-si dəyirmi kvevri (şərabın saxlanılması üçün böyük qab) formasında olacaq.

Giorgi Qaxaria Telaviyə Ətraf Mühitin Müdafiyəsi və Kənd Təsərrüfatı Naziri Levan Davitaşvili və Kaxeti bölqəsinin qubernatoru İrakli Qadagişvili ilə bərabər getdi.