Giorgi Qaxaria - Siyasi polyarizasiya və radikalizm başa çatmalıdır
Gürcü dövlətçiliyinin inkişafına mane olan siyasi polyarizasiya və radikalizm başa çatmalıdır, – bu bəyanatı Gürcüstanın sabiq baş naziri Giorgi Qaxaria verdi.
Qaxaria öz “Tvitter” mikrobloqundan 1991-ci ilin müstəqillik referendumun 30 illik yubileyinə səsləndi.
“Gürcü dövlətçiliyinin inkişafına mane olan siyasi polyarizasiya və radikalizm başa çatmalıdır. 1991-ci ilin 31 mart Gürcüstan tarixində ən önəmli momentlərdən biridir. O dönəmdə ölkəmizin bütün vətəndaşları və həmçinin, hazırda işğal altında olan ərazilərin sakinləri Gürcüstanın müstəqilliyini dəstəkləmişdilər”, – dedi Giorgi Qaxaria.