Daxili İşlər Naziri Giorgi Qaxarianın bəyanatına görə, kriminal polis və sərhədin qorunması sistemində islahatlar zəruridir.
Bu bərədə bəyanatı Giorgi Qaxaria parlamentdə, deputatların qarşısında komitə dinləyişində çıxış edərkən verdi.
Daxili İşlər Nazirinin dediyinə görə, DİN-in siyasəti çox sərt və eyni zamanda, çox ədalətli olacaq.
“Kriminal polis sistemindəki islahata gəlincə, qeyd etmək istəyirəm ki, təşkil edilmiş cinayətlərdən başqa, təəssüf ki, cəmiyyətimizdə hələ də “qanuni oğru” pietetlərini qoruyan şəxslər var. Düşünürəm ki, bu problemin kökündən həll edilməsi üçün, kriminal polis çox daha effektiv şəkildə çalışmalıdır, ki cəmiyyətimizin qarşısında duran bu iki əsas problemlə mücadələ edə bilək” – dedi Giorgi Qaxaria.