Giorgi Qaxaria Patrul Polisinin rəhbəri vəzifəsinə Teymuraz Kupatadzeyi təyin etdi
Gürcüstanın Daxili İşlər Naziri Giorgi Qaxaria, Patrul Polis departamentinin rəhbəri vəzifəsinə Teymuraz Kupatadzeyi təyin etdi.
“Ədalətli işlər üçün hər zaman yanınızda olacam” – dedi Qaxaria, Teymuraz Kupatadzeyi təqdim edərkən.
Teymuraz Kupatadzenin patrul polisində 13 illik iş təcrübəsi var.
2017-ci ilin avqust ayından Kupatadze DİN-in patrul polis departamentinin direktor müavini vəzifəsində çalışırdı.