Giorgi Qaxaria Parlamentə hökümət tərkibini təqdim etdi
Giorgi Qaxaria Parlamentə hökümət tərkibini təqdim etdi

Gürcüstanın baş naziri Giorgi Qaxaria Parlamentə hökümət tərkibini təqdim etdi.

İqtidar tərkibində sadəcə bir dəyişiklik var.

Ədliyyə Naziri vəzifəsini sabiq nazir Tea Tsulukiani parlamentdə getdikdən sonra, Qoça Lordkipanidze tutacaq.

Digər bütün nazirliklərin rəhbərləri öz vəzifəsində qalırlar.

Barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri – Tea Axvledianidir.

Onuncu çağırış parlamentinin səlahiyyətinin qüvvəyə minməsindən sonra, hazırki iqtidar kabinetinin səlahiyyəti dayandırıldı və nazirlər müvəqqəti olaraq, öz vəzifələrinin icraçıları idilər.

Bu vaxt üçün əldə olan məlumata görə, hökümət tərkibini parlament gələn həftə təsdiqləyəcək.