Giorgi Qaxaria növbəti həftə müsbət tendensiyanın qorunduğu halda, iqtisadiyyatın daha tez açılmasını istisna etmir
Giorgi Qaxaria növbəti həftə müsbət tendensiyanın qorunduğu halda, iqtisadiyyatın daha tez açılmasını istisna etmir

Gürcüstanın baş naziri Giorgi Qaxarianın bəyanatına görə, bugünki hökümət iclasında iqtisadiyyatın tez zamanda təhlükəsiz formada açılmasının variantları müzakirə ediləcək.

Onun dediyinə görə, bugün mövcud olan tendensiyalar optimizm üçün əsas yaradır.

“İqtidar formatında iqtisadiyyatın tez zamanda, mərhələ şəklində, təhlükəsiz formada açılması məsələsini müzakirə edəcəyik. Təəssüf ki, indiyə qədər ölkədə virusun yayılmasının göstəricisi heç də müsbət deyildi. Bugün isə, deyə bilərəm ki, 18 000 testdən sadəcə 723-nin müsbət cavab çıxdı. Bu yenə də böyük rəqəmdir, ancaq o artıq dörd faizə yaxındır. Dörd faiz olanda, rahatca mərhələ şəklində iqtisadiyyatı aça bilərik.

Əgər yaxın günlərdə müsbət tendensiya davam etsə, məhdudiyyətlər planlaşdırdığımızdan daha tez qaldırıla bilər.

Hər kəs başa düşməlidir ki, gündə 2000, 3000, 4000, 5000 infeksiya hallarının olduğu şərtlərdə, normal iqtisadi həyata qayıtmaq haqqında danışa bilməzdik” – dedi baş nazir.