Giorgi Qaxaria - Narkotik bağımlılarına qarşı qanun daha humanist ola bilər, ancaq narkorealizatorlara qarşı sərt olacağıq
Giorgi Qaxaria - Narkotik bağımlılarına qarşı qanun daha humanist ola bilər, ancaq narkorealizatorlara qarşı sərt olacağıq

“Narkotik bağımlılarına qarşı qanun daha humanist ola bilər, ancaq narkorealizatorlara qarşı sərt olacağıq” – bu bəyanatı Gürcüstanın Daxili İşlər Naziri Giorgi Qaxaria verdi.

Giorgi Qaxarianın dediyinə görə, dövlət tərəfindən narkotik bağımlılarına qarşı humanist yanaşmanın mənfi nəticələri aşkar şəkildə özünü biruzə verdi.

“Sadəcə narkotikdən istifadən edənlərə qarşı ciddi problem yoxdur. Onlara qarşı qanunun daha humanist olmasına da qarşı deyilik, ancaq humanist yanaşmamızın narkotik istifadəsinin təşviqi olaraq, qəbul edilməsini istəmirik. Əgər bugünki statistikaya göz atsaq, narkotik istifadəsi ilə bağlı çox ağır vəziyyət aşkardır. Belə ki, narkotik maddələrini satanlara qarşı humanist yanaşma qətiyyən mümkün deyil” – dedi Qaxaria.