Giorgi Qaxaria - Mən Prokuroluğa gedib, ifadə verən ilk Daxili İşlər Naziri idim və lazımdırsa, baş nazir olaraq da gedəcəm
Mən Prokuroluğa gedib, ifadə verən ilk Daxili İşlər Naziri idim və əgər lazım olsa, oraya ifadə verməyə baş nazir olaraq da gedəcəm, – bu bəyanatı baş nazir Giorqi Qaxaria jurnalistlərlə 20 iyun hadisələri ilə bağlı danışarkən verdi.
Qaxaria qeyd etdi ki, neçə nəfərin və harada nə vaxt həbs ediləcəyinə dair baş prokurorluq qərar verəcək.
O gecə baş verənlərlə bağlı məsuliyyətin üzərinə götürülməsinə gəlincə isə, baş nazir bəyan etdi ki, ilk öncə, iyunun 20-də televizor ekranlarından insanları hücuma çağıran və parlament binasına zorla daxil olmağa çalışan şəxslər məsuliyyət daşıyacaqlar.