Giorgi Qaxaria Kutaisi Beynəlxalq Hava limanında yeni terminalın inşaat prosesi ilə tanış oldu
Giorgi Qaxaria Kutaisi Beynəlxalq Hava limanında yeni terminalın inşaat prosesi ilə tanış oldu

Gürcüstanın baş naziri Giorgi Qaxaria vitse-premyer Maia Tskitişvili və İmereti regionunun qubernatoru Zviad Şalamberidze ilə bərabər bugün Kutaisi Davit Ağmaşenebeli adına beynəlxalq hava limanında idi, harda yeni terminalın inşaatı intensiv şəkildə davam edir.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Gürcüstan cari ildən beynəlxalq turistləri gözləyir və müvafiq olaraq, dünya pandemiyasını nəzərə alaraq, ölkə hava limanında təhlükəsizlik standartları möhkəmləndirirlir.

Baş nazirin mətbuat xidmətinin bəyanatına görə, Kutaisi beynəlxalq hava limanında, yeni hava limanının inşaatına paralel olaraq, Polşanın Dinmark group şirkəti hava limanında müasir sistem montaj edir, hansı ki, yolçuluğu daha komfortlu edəcək.

Baş nazir qeyd etdi ki, belə layihələrin məqsədi ölkə iqtisadiyyatının irəliləyişi və inkişafıdır və onların mənfəəti hər bir ailənin iqtisadi durumunda əks olunacaq.