Giorgi Qaxaria - Krizis dövrü turizm sektoruna bizdə də böyük zərər verdi, ancaq əvvəlki illərin göstəriciləri ilə müqayisədə, Gürcüstan turizm inkişafı baxımından dünyada liderlərdən biri idi
Gürcüstanın baş naziri Giorgi Qaxarianın bəyanatına görə, bugün turizm sektoru pandemiya nəticəsində ən böyük zərər görən sahələrdən biridir.
Onun dediyinə görə, krizis dövrü turizm sektoruna bizdə də böyük zərər verdi, ancaq əvvəlki illərin göstəriciləri ilə müqayisədə, Gürcüstan turizm inkişafı baxımından dünyada liderlərdən biri idi.
“2019-cu ildə, Gürcüstana rekord sayda beynəlxalq yolçu daxil olmuşdu – 9.4 milyon vizitor və əlbəttə ki, 3 700 000-lik əhalisi olan ölkə üçün bu böyük bir müvəffəqiyyətdir.
Qeyd edilməlidir ki, Gürcüstanda turizm infrastrukturun inkişafı üçün əlimizdən gələn işləri fəal şəkildə həyata keçiririk.
Həmçinin xidmət keyfiyyətinin yaxşılaşması ilə bağlı qayğı göstəririk.
Həyata keçirdiyimiz tədbirlər və öz unikallığına görə, Gürcüstan dünyada turizm sahəsində liderlərdən biri və qlobal aparıcılardan olacaq” – dedi Giorgi Qaxaria “Biltmor” mehmanxanasında keçirilən Dünya Turizm Təşkilatının (UNWTO) icraçı şurasının 112-ci iclasında çıxış edərkən.