Giorgi Qaxaria - Koordinasiyalı şəkildə işləmək lazımdır ki, 2024-cü il üçün ölkə Avropa İttifaqının tamhüquqlu üzvü olmaq üçün ərizə daxil edə bilsin
Giorgi Qaxaria - Koordinasiyalı şəkildə işləmək lazımdır ki, 2024-cü il üçün ölkə Avropa İttifaqının tamhüquqlu üzvü olmaq üçün ərizə daxil edə bilsin

Gürcüstanın baş naziri Giorgi Qaxarianın bəyanatına görə, Avropa İnteqrasiyasına nail olmaq üçün ölkə iqtisadiyyatında sturktur islahatlarının davam etdirilməsi kritik dərəcədə əhəmiyyətlidir.

Onun dediyinə görə, koordinasiyalı şəkildə işləmək lazımdır ki, 2024-cü il üçün ölkə Avropa İttifaqının tamhüquqlu üzvü olmaq üçün güclü ərizə daxil edə bilsin.

“Bugün biz müxtəlif istiqamətlərdə mübarizələr aparırıq. İlk növbədə, bu qlobal pandemiyadır. Sonra isə, qlobal iqtisadi böhran, deokupasiya və avrointeqrasiyad gəlir.

Bizim əsas məqsədlərimizdən biri olan Avropa İnteqrasiyasına nail olmaq üşün ölkə iqtisadiyyatında struktur islahatlarının davam etdirilməsi kritik dərəcədə vacibdir” – dedi baş nazir.