Giorgi Qaxaria - İnsanların faciələri haqqında danışırıq və dəqiqələri saymaq doğru deyil
Giorgi Qaxaria - İnsanların faciələri haqqında danışırıq və dəqiqələri saymaq doğru deyil

Gürcüstanın Daxili İşlər Naziri Giorgi Qaxaria Arçil Tatunaşvilinin cəsədinin gətirilməsi ilə bağlı dəqiq tarix adlandırmaqdan baş qaçırdır, ancaq ümid edir ki, bu məsələ yaxın zamanda həll olunacaq.

Onun dediyinə görə, hökümət bunun üçün əlindən gələni edir və həmçinin, müvafiq institutlar da bu işə qoşulublar.

“Eyni rejimdə və eyni səylərlə, işğal altında olan regionda həbs edilən digər iki vəətndaşımızın gətirilməsi məsələsi üzrə də çalışmalar aparılır. Əsas məqsədimiz həlak olan vətəndaşımızın cəsədini ailəsinə verməkdir, digər məsələləri isə, ondan sonra həll edəcəyik” – dedi Qaxaria.