Giorgi Qaxaria - İnsan hüquqları qorunmadan kriminal ilə mübarizənin heç bir önəmi olmayacaq
Giorgi Qaxaria - İnsan hüquqları qorunmadan kriminal ilə mübarizənin heç bir önəmi olmayacaq

Daxili İşlər Naziri Giorgi Qaxaraianın bəyanatına görə, insan hüquqlarının qorunması təmin edilmədən kriminal ilə mübarizə aparmağın və DİN-dəki islahatların heç bir önəmi olmayacaq.

Bu bəyanatı Daxili İşlər Nazirliyi, “Radison Blu İveria” mehmanxanasında, Daxili İşlər Nazirliyinin yeni yaradılan – İnsan Hüquqlarının qorunması departamentinin açılışında verdi.

Daxili İşlər Nazirinin dediyinə görə, yeni departament hazırda yeni əməkdaşları işə alır.

Daxili İşlər nazirinin dediyinə görə, bugünki şəraitlərdə, insan hüquqları qorunmadan kriminal ilə mübarizə aparmağın heç bir önəmi yoxdur.

“Bildiyiniz kimi, ölkəmizdə hələ də qadına qarşı zorakılıq, ailə zorakılığı, yeniyetmələrə qarşı törədilən cinayətlər hələ də aktualdır və bu baxımdan müəyyən mədəni problemlər də var. Zərər görən şəxslər polislə əməkdaşlıq etməkdən çəkinirlər, ona görə də bu məsələlərlə bağlı çalışan əməkdaşların kompetensiyasına və keyfiyyətinə diqqət yetiriləcək.

Bugün açılan departament məhz bu qeyd olunan problemlərin həll edilməsi üçün yaradıldı və hərkəs buraya müraciət edə bilər” – dedi Daxili İşlər Naziri.