Giorgi Qaxaria - İki əsas istiqamətdə işləyirik, işğal və Avro-atlantik strukturlarla əməkdaşlığın dərinləşdirilməsi
Giorgi Qaxaria - İki əsas istiqamətdə işləyirik, işğal və Avro-atlantik strukturlarla əməkdaşlığın dərinləşdirilməsi

Biz hazırda iki əsas istiqamətdə işləyirik, – işğal və Avro-atlantik strukturlarla əməkdaşlığın dərinləşdirilməsi. İlk növbədə NATO-yu və bizim əsgərlərimizin ona müvafiqliyinin artırılmasını nəzərdə tuturam, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria parlamentdə, “Gürcü Arzusu” fraksiyasının üzvləri ilə görüş zamanı verdi.

Dövlət başçısı qeyd etdi ki, Gürcüstanın Milli Təhlükəsizlik layihəsinin strateji sənədi yeniləşdirilməlidir və təhlükəsizlik şurası onun üzərində işləyir.

“Bizim əsas problemimiz bugün hələdə işğaldır. Biz hazırda iki əsas istiqamətdə işləyirik, – işğal və Avro-atlantik strukturlarla əməkdaşlığın dərinləşdirilməsi. İlk növbədə NATO-yu və bizim əsgərlərimizin ona müvafiqliyinin artırılmasını nəzərdə tuturam. Son illərdə bizim NATO ilə əməkdaşlığımız sadəcə konkret təlimlər səviyyəsində keyfiyyətini artırırdı, ancaq görüləcək çox iş var və Müdafiyə Nazirliyi bu istiqamətdə işləyir” – dedi Giorgi Qaxaria.

Bu haqda məlumatı baş nazirin mətbuat xidməti yayır.