Giorgi Qaxaria - İqtidar və Milli bankın əməkdaşlığı nəticəsində, iqtisadiyyat üçün, bank sistemindən 7000 milyon larilik resurs ayrılacaq
İqtidar və Milli bankın əməkdaşlığı nəticəsində, ölkə iqtisadiyyatımıza dəstək üçün bank sistemindən 7000 milyon larilik resurs ayrılacaq, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria hökümət iclası başlayana qədər verdi.
Onun dediyinə görə, son dövrdə Milli Bank tərəfindən verilən qərarlar və həmçinin xarici valyuta rezervlərinin azaldılması haqqında qərar, tam olaraq, iqtidar təərfindən dəstəklənib.
“İqtisadiyyatımıza daha çox dinamikanın verilməsi üçün qeyd olunan resursdan istifadə edilməlidir.
Bu bizim ümumi məqsədimizdir və müvafiq nazirliklərimizlə bərabər bu istiqamətdə işləməliyik” – dedi baş nazir.