Giorgi Qaxaria - Hərkəsə müraciət edirəm, əgər yüksək temperaturunuz varsa və nəfəs almaqda zorluq çəkirsinizsə, dərhal 112-yə zəng edin
144 nömrəyə zəng mərkəzinə gələn zənglər əhəmiyyətli dərəcədə azalıb, çünki əhali fövqəladə vəziyyətin spesifikasını artıq detallı şəkildə bilir, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.
Dövlət başçısının dediyinə görə, 144 zəng mərkəzi əhaliyə fövqəladə vəziyyət haqqında detallı məlumat vermək və onların suallarını cavablandırmaq üçün yaradılmışdı.
Baş nazir 112-nin əhəmiyyəti haqqında da danışdı və qeyd etdi ki, 112 – COVID-19-la mübarizənin ilk qaynar xəttidir və müəyyən simptomların müşahidə edildiyi halıda vətəndaşlara nə edəcələri ilə bağlı personal konsultasiya keçirir.
“Hərkəsə müraciət edirəm, əgər yüksək temperaturunuz varsa və nəfəs almaqda zorluq çəkirsinizsə, dərhal 112-yə zəng edin” – dedi baş nazir.