Gürcüstanın Daxili İşlər Naziri Giorgi Qaxaria martın 9-da yüksək ranqlı nümayəndə heyyəti ilə bərabər, rəsmi səfərlə Haaqa şəhərində yerləşən Avropolun bina-qərargahına getdi.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
İdarənin məlumatına görə, bugün Giorgi Qaxaria Avropolun icraçı direktoru Rob Ueinbrait ilə görüşəcək.
Gürcüstanın Daxili İşlər Naziri və Avropolun icraçı direktoru “Gürcüstan və Avropa İttifaqının hüquq sahəsindəki əməkdaşlıq agentlikləri arasında təhlükəsiz komunikasiya kanalı haqqında memorandum imzalayacaqlar.