Giorgi Qaxaria - Əlimizdən gələni edəcəyik ki, işğal xəttinin hər iki tərəfində yaşayan vətəndaşlarımızın sağlamlığını qoruyaq
Koronavirusla mübarizəyə Zuqdidi İnfeksiya Xəstəxanası ilə bərabər, Ruxinin çox profilli klinikası da qoşulur.
Klinikanın tibbi təchizat prosesinə Gürcüstanın baş naziri bu gün Səhiyyə naziri Ekaterine Tikaradze ilə bərabər yerindəcə tanış oldu.
100 pasieyent üçün nəzərdə tutulan klinikaya sünii nəfəs alma apparatları verildi, çünki həmin apparatlar koronavirusun müalicəsi üçün zəruridir.
Gələcəkdə klinika universitet funksiyasını da yerinə yetirə biləcək.
Ruxinin çox profilli klinikasının layihəsi üçün iqtidar tərəfindən 41 milyon lari xərcləndi.